Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏXLAQ STATİSTİKASI

    ƏXLAQ  STATİSTİKASI,  mәnәviyyat statistikası – elmi fәnn vә praktiki biliklәr sahәsi; obyekti qarşılıqlı әlaqәli statistik göstәricilәr sisteminin hesablanması vә tәhlili metodu ilә insanın, ailәnin vә cәmiyyәtin әxlaqi (mәnәvi) vәziyyәtini, iradә bәyanını vә inkişafını sәciyyәlәndirәn kütlәvi halların kәmiyyәtcә müşahidәsi vә ümumilәşdirilmәsindәn ibarәtdir.

    Ə.s.-nın banisi L.A.J.Ketledir (1796– 1874); o, insanın yaxşı vә pis cәhәtlәrini (pis irsiyyәt, cinayәtә, intihara meyillilik vә s.) sosial fenomen kimi antropometrik metodlarla (özünәmәxsus sosial fizika metodları ilә) öyrәnmәyә başlamış vә bu da onların dәyişmә qanunauyğunluqlarını (ona qәdәr yalnız tәsadüf kimi tәsnif olunurdu) müәyyәnlәşdirmәyә imkan vermişdi. İlk dәfә Ketle insanın çatışmazlıqlarını, pis meyillәrini ictimai münasibәtlәrin qeyrimükәmmәlliyinin, sosial quruluşun qüsurluluğunun nәticәsi kimi qiymәtlәndirmәyә, әxlaqın onlardan birbaşa asılılığını göstәrmәyә başlamışdır.

    Ə.s.-nın mәqsәdi әxlaqi (mәnәvi) sahәnin müsbәt vә mәnfi göstәricilәrini kompleks öyrәnmәk, onların öz aralarında vә xarici dünya ilә qarşılıqlı әlaqәlәrini üzә çıxarmaq, bu sahәnin insan cәmiyyәtinin vә әtraf mühitin inkişafına mümkün mәnfi tәsirini minimuma endirmәkdir. Ə.s.-nın predmeti vә mәzmunu әxlaqın vәzifәlәri vә strukturu, onun inkişaf tarixi ilә müәyyәnlәşir. İnsan birgәyaşayışının vә iradә bәyanının yazılmamış qanunlarından ibarәt özünәmәxsus toplusu (mәcәllәsi) kimi әxlaq, onun mәzmunu vә strukturu öz mövcudluğu müddәtindә әhәmiyyәtli tәkamül yolu keçmişdir.

    Ə.s.-nın göstәricilәr sisteminә aşağıdakılar daxildir: insanların mәskunlaşma mühitinin ilkin şәrtlәri vә standartları, şәxsiyyәtin yaradıcı inkişafını tәmin edәn elm, sәhiyyә vә mәdәniyyәtin optimal inkişafı, onun hüquq vә azadlıqlarına riayәt olunması, mәlumatları, biliklәri vә elmi-texniki innovasiyaları açıq şәkildә әldә etmәk; cәmiyyәtin demokratiklәşmә sәviyyәsi, onun mәnәvi әsasları, dövlәt quruluşunun davamlılığı vә effektivliyi, sosial standartlar; әhalinin tәkrar istehsalının – onun doğum sayı, ölüm sayı, sağlamlığı, miqrasiyası vә s.-nin ilkin şәrtlәri vә standartları; әhalinin hәyat sәviyyәsinin mәqbul standartlarına riayәt olunması, onun sosial tәminatı, anaların, uşaqların, әlillәrin vә tәqaüdçülәrin müdafiәsi, gәlirlәrin yolverilәn diferensiasiyası, şәxsi mülkiyyәtin toxunulmazlığı, әxlaqi (mәnәvi) standartlardan sistemli yayınmalar – hüquq pozuntuları vә әxlaqsız hәrәkәtlәr, insan hüquqlarının pozulması, zorakılıq vә kütlәvi cinayәtkarlıq, intihar, korrupsiya, fahişәlik, uşaq alveri, alkoqolizmin vә narkomaniyanın artımı, cәmiyyәtin marjinallaşması vә s.

    Bәşәriyyәt tәkamülünün müxtәlif mәrhәlәlәrindә Ə.s. әxlaq sahәsindә baş verәn hadisәlәri müxtәlif cür – intibah vә sosial inqilablar dövründә daha tam, inkvizisiya vә böhranlar dövründә isә daha az әks etdirmişdir. Yalnız 20 әsrin başlanğıcında, bütün dünyada insanın cәmiyyәtdәki vәziyyәtinin öyrәnilmәsinә, onun humanitar

    hüquq vә azadlıqlarının müdafiәsinә böyük tәlәb yarandığı zaman Ə.s.-nın mükәmmәl metodları formalaşmağa başladı. İctimai rәyin öyrәnilmәsi, anket sorğuları vә ekspertizaları, hәmçinin monoqrafik araşdırmalardan (yoxlamalardan) ibarәt metodlar sinfi Ə.s.-nın әsas müasir üsullarıdır.

    Ə.s. mәlumatlarının ilkin mәnbәlәri mütәmadi işlәnib-hazırlanan statistik hesabat materiallarından, ayrı-ayrı istiqamәtlәrdә isә (sosial tәminat, insan hüquqlarının qorunması statistikası, hüquq pozuntularının, intiharların, korrupsiyanın statistikası, mәhkәmә statistikası vә s.) mәlumatların vә birdәfәlik yoxlamaların (mәs., aliment ödәmәkdәn yayınan şәxslәri, mәhbusları) gündәlik qeydiyyat materiallarından ibarәtdir

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç