Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELMİ FANTASTİKA

    ELMİ FANTASTİKA– bәdii әdәbiyyatın bir sahәsi. Elmi şüura vә gerçәkliyin dәrkinә әsaslanır. E.f.-da müasir elmi metodikadan – hadisәlәrin modellәşdirilmәsindәn, fikri eksperimentlәrdәn istifadә olunur. Bәzәn “elmi” epiteti artıq hesab olunsa da, E.f.-nı ümumi fantastikadan, o cümlәdәn nağıl, mif, romantik fantastika (mәs. E.T.A. Hofmanın әsәrlәri) vә fentezidәn ayırır. E.f.-nın poetikası romantizm poetikasına yaxındır. Romantizmdәn fәrqli olaraq E.f.-da müstәsna xarakterlәrә nadir hallarda müraciәt olunur. Onun sәciyyәvi personajı adi cәsur, fәal, ağıllı insandır (S.Lemin “Solyaris”indә Kris Kelvin vә “Ulduzlardan qayıdış”ında El Breq vә b.). E.f. normal bir insanın gerçәkliyin dәyişikliklәrinin mümkün variantlarına (başqa sivilizasiyalarla әlaqә, “düşünәn maşınlar”la paralel hәyat, gәlәcәk ictimai quruluşun
    çәtinliklәri) reaksiyasını modellәşdirir vә proqnozlaşdırır. Buna görә süjet, adәtәn, hadisәlәrin tarixi üzәrindә qurulur. Personajın tarixi isә ikinci dәrәcәli rola malik olur. Çox zaman personajların fәrdi xüsusiyyәtlәri süjetin inkişafına ciddi tәsir göstәrmir (mәs., H. Uellsin “Zaman maşını”, “Dünyaların savaşı” әsәrlәri). Lakin Uellsin “Görünmәz adam”ı vә Lemin “Solyaris”indә qәhrәmanın xarakteri çox şeyi müәyyәn edir.

    E.f.-nı bir neçә janra ayırmaq olar: utopiya (“Qayıdış”, Struqatski qardaşları), antiutopiya (“Farengeyt şkalası üzrә 451 dәrәcә”, R. Bredberi; “Әbәdiliyin sonu”, A.Әzimov), “roman-xәbәrdarlıq” (“Ulduzlardan qayıdış”, S. Lem). Yumoristik vә satirik E.f. da zәngindir (“İyon Tixovun ulduz gündәliyi”, S. Lem; “Bazar ertәsi şәnbә günü başlayır”, Struqatski qardaşları). Bәzәn texniki fantastika janrı da ayrılır. Bu janra aid әsәrlәr elmi-texniki ideyaların mәntiqi inkişafı üzәrindә qurulur. Uşaqlar üçün fantastik әsәrlәr E.f.- nın ayrıca qolunu tәşkil edir (“Yeddi ot ölkәsi”, L. Platov; “Ulduz adamı”, A. Poleşuk; “Mekonqun ekipajı”, E. Voysunski vә İ. Lukodyanov). E.f. cәmiyyәtin hәyatında elmin hәlledici rol oynamağa başladığı dövrdәn, xüsusilә İkinci dünya müharibәsindәn sonra kütlәvilәşdi. Halbuki buna qәdәr H. Uells vә K. Çapekin yaradıcılığında E.f. elementlәri var idi. Müasir E.f.-nın köklәri T. Morun, T. Kampanellanın, Sirano de Berjerakın klassik utopiyasında, F. Rablenin, C. Sviftin yaradıcılığında, bir sıra 19 әsr yazıçılarının – E. Po, M. Şelli, M. Tven, R. Stivenson, A.K. Doylun әsәrlәrindә, xüsusilә J. Vernin elmi-texniki fantastikasındadır. Sosial-fәlsәfi fantastikanın meydana gәlmәsi ilә nәticәlәnәn müxtәlif növ elementlәrin romanda birlәşmәsi 19–20 әsrlәrin qovşağında H. Uells tәrәfindәn reallaşdırılmışdır. H. Uellsin, sonralar isә A.N. Tolstoy vә K. Çapekin dә yaradıcılığında müasir E.f.-da geniş yayılmış әsas E.f. süjetlәri – kosmik uçuş, yadplanetli sivilizasiyalarla görüş, süni intellekt, qeyri-adi ictimai quruluşlar әksini tapırdı. 1926 ildә ABŞ-da dünyada ilk dәfә “Amazig Stories” (“Heyrәtamiz hekayәlәr”) E.f. jurnalı çap olunmağa başladı. 1930-cu illәrdә çap olunmuş “Astounding Science Fiction” (“Heyranedici elmi fantastika”) jurnalı ilә E.f. ciddi әdәbi janra çevrildi. R. Bredberi, A. Әzimov, R. Şekli (ABŞ), A. Klark (İngiltәrә), K. Çapek (Çexiya), K. Abe, S. Komatsu (Yaponiya), A. Verkor (Fransa) vә b. E.f.- nın tanınmış nümayәndәlәridir. Rusiyada E.f. 19 әsrdәn V.F. Odoyevskinin (“4338-ci il” romanı), hәmçinin K.E. Siolkovski, A.A. Boqdanov, A.İ. Kuprin, V.A. Obruçev vә b.-nın ilk dövr әsәrlәri ilә başlanır. A.N. Tolstoy (“Aelita”, “Mühәndis Qarinin hiperboloidi”), A. Belyayev (“Amfibiya adam”, “Professor Douelin başı”), A.İ. Yefremov (“Dumanlı Andromeda”) vә b. elmi-fantastik әsәrlәr yaratmışlar.

    Müasir dövrdә E.f.-nın bir neçә növü mövcuddur: möhkәm E.f., sosial fantastika, hәrbi E.f., xronofantastika, alternativ-tarixi fantastika, apokaliptik vә postapokaliptik fantastika, utopiya vә antiutopiya, kosmik opera, kiberpank, stimpank, elmi fentezi vә texnofentezi. P. Uotts (“Yalançı korluq”, 2006), N. Stivenson (“Kriptonomikon”, 1999; “Anafem”, 2008), F. Şetsinq (“Sürü”, 2004), Q. İqan (“Okeanik”, 1999; “Şild nәrdivanı”, 2002), T. Çan (“Bәşәr elminin tәkamülü”, 2000; “Tacir vә sehirli darvazalar”, 2007), K. Şreder (“Günәşlәrin günәşi”, 2007), H. Rayaniyemi (“Kvant oğrusu”, 2010), S. Bakster (“Orion xәtti üzәrindә”, 2000), Ç. Stross (“Dәmir şәfәq”, 2004; “Sinqulyarlıq sәması”, 2003), Q. Benford (“Qaranlıq sәmalar”, 2007), V. Vinc (“Sәma övladları”, 2011) vә b. müasir E.f. nümayәndәlәridir.

    Azәrb. әdәbiyyatında E.f.-nın ünsürlәrinә ilk dәfә Seyid Hüseynin “Tәzә şәhәrdә” hekayәsindә tәsadüf olunur. E. Mahmudov (“Atlant qızı”, “Qüdrәtli pillә”, “Ulduzlar yolumuzu gözlәyir”), N. Abdullayev (“Yad dünyadan qonaq”, “Piyada vәzirә çevrilir”, “İtirilmiş dünya”, “Balaca kiberin macәraları”), E. Zamanova (“Vaxtdır, qardaşım”, “Yeraltı dünya”), N. Quliyeva (“Sirli kainat”) E.f. әdәbi nümunәlәrini yaratmışlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV