ELMİ İŞÇİ – elmi problem üzәrindә müstәqil çalışan vә ya onun kollektiv hәllindә iştirak edәn elmi tәdqiqat müәssisәsi işçisi. Azәrb.-da kiçik E.i., E.i., bö- yük E.i., aparıcı E.i. vә baş E.i. ad vә vәzifәlәri var (1986 ildә müәyyәnlәşmişdir). Hәr bir E.i. vәzifәsi müvafiq dәrәcәlәrә görә ixtisas tәlәblәrinә bölünür. Baş E.i. vә aparıcı E.i. vәzifәsinә elmi dәrәcәyә malik olan şәxslәr tәyin edilir. Baş E.i. adı Ali Attestasiya Komissiyası tәrәfindәn tәsdiq olunur.