ELMİ-KÜTLӘVİ ӘDӘBİYYAT – elm vә onun yaradıcıları haqqında әsәrlәr. Elmin mәhsuldar qüvvәyә çevrilmәsi, sürәtli inkişafı vә şaxәlәnmәsi, sosial xarakteri geniş oxucu kütlәsinin E.-k.ә-a diqqәtini artırır. E.-k.ә-a fundamental vә tәtbiqi elmlәrin әsaslarından, aktual problemlәrindәn, elm xadimlәrinin hәyat vә tәdqiqatlarından, sәyahәtlәrindәn bәhs edәn müxtәlif janrlı әsәrlәr daxildir. Elmi-kütlәvi әsәrlәrdә elmi nailiyyәtlәr anlaşıqlı formada tәbliğ edilir. Avropada elm haqqında ilk kütlәvi әsәrlәr (“Әşyaların tәbiәti haqqında”, Lukretsi Kar) poetik formada yazılmışdır. M. Faradeyin “Şamın tarixi”, K.A.Timiryazevin “Bitkinin hәyatı” әsәrlәri elmi söhbәtlәr şәklindәdir. İ.M.Seçenovun “Baş-beynin reflekslәri”, M.Füzulinin “Sәhhәt vә mәrәz”, M.F. Axundzadәnin “Kәmalüddövlә mәktubları” әsәrlәri E.-k.ә. nümunәlәridir. Yazıçı-fantastlardan A.Әzimov, R.Haynlayn, A.Klark, F.Dik, K. Saymak, R. Şekli vә b.-ları 20 әsr E.-k.ә.-ın yaradılması sahәsindә dәyәrli xidmәtlәr göstәrmişlәr. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә Din Kuns, Uilyam Gibson, Mitio Kaku, Henri Layon Oldi, Y. Lukin, V.Rıbakov, A.Lazarçuk, S. Lukyanenko vә b.-nın әsәrlәrindә elmi-kütlәvilik әsas yer tutur. A. Nәbiyev (“Azәrbaycan xalq әdәbiyyatı,” 2006), C. Bayramlı [“Babәk vә hürrәmilik” (yalanlar vә gerçәklәr), 2011], V. Әliyev (“Ştrixli kodlaşdırma”, 2011), Ş. Әsgәrov (“Kamillәşәn düşüncә,” 2013) vә b. elmi-kütlәvi әsәrlәr qәlәmә almışlar.