ELMİ POEZİYA – poeziyanın elmi-texniki inkişaf motivlәrinә әsaslanan bir qolu. Termin kimi fransız şairi R. Gil (1862–1925) tәrәfindәn irәli sürülmüşdür. E.p. nümunәlәri qәdim zamanlardan mövcud olmuşdur (Lukretsi Karın “Әşyaların tәbiәti haqqında” poeması). Sonrakı dövrdә Vergili (“Georgikalar”), Lomonosov (“İlahi әzәmәt barәdә sәhәr düşüncәsi”, “İlahi әzәmәt barәdә axşam düşüncәsi”, “Şüşәnin faydası haqqında namә”), V. Bryusovun (“N ölçülәr dünyası”, “Elektron dünyası”) yaradıcılığında da rast gәlinir. Bu cәrәyan Avropa rasionalizminin inkişafı ilә bağlıdır. R. Gil E.p.-nı simvolizmә qarşı qoyurdu. Onun fikrincә, şair üçün ideya vә obrazların, elәcә dә söz ehtiyatının mәnbәyi “köhnәlmiş mifologiya” yox, elmi dünyagörüşü olmalıdır. R. Gilin “Söz haqqında traktat”ı (1885) E.p.-nın nәzәri әsaslarını әhatә edir. J. Romen (1885–1972) vә C. Dyuamel (1884–1966) Gilin nәzәriyyәsindәn poetik unanimizmin inkişafında istifadә etmişlәr.