ELMİ RӘHBӘR – elmi dәrәcә; fәlsәfә doktoru elmi dәrәcәsi almaq üçün çalışan magistrә (aspiranta) vә ya dissertanta elmi mәslәhәt vә istiqamәt vermәkdәn ötrü tәyin edilmiş yüksәkixtisaslı mütәxәssis. E.r. magistrlә (aspirant vә dissertantla) birgә iş planı tәrtib edir, ümumi nәzәri әdәbiyyatı mәnimsәmәkdә ona kömәk göstәrir. Fәrdi planda nәzәrdә tutulmuş bütün işlәr E.r.-in nәzarәti altında yerinә yetirilir. Tamamlanmış dissertasiya E.r.-in müsbәt rәyini aldıqdan sonra müdafiәyә tәqdim edilir. E.r. rәyindә tamamlanmış dissertasiyanın yığcam xarakteristikasını verir, tәdqiqatın aktuallığını, elmi-nәzәri sәviyyәsini, praktik әhәmiyyәtini vә s. göstәrir. E.r.-in düzgün seçilmәsi dissertasiya işinin uğurla başa çatmasını tәmin edәn hәlledici vә әhәmiyyәtli amillәrdәndir.