ELMİ TӘDQİQAT GӘMİLӘRİ – Dünya okeanının su kütlәsi vә ehtiyatlarını, Yer atm.-ini vә kosmik fәzanı tәdqiq etmәk üçün gәmilәr. E.t.g. universal (suyun, hava kütlәsinin vә dәniz dibinin kompleks şәkildә okeanoloji tәdqiqi üçün) vә ixtisaslaşdırılmış (hidroqrafik, meteoroloji, geoloji-kәşfiyyat, elmi-balıq ovu vә s.) gәmilәrә ayrılır. Okean akvatoriyasından atm.-in yuxarı qatlarını vә kosmosu tәdqiq edәn gәmilәr, elәcә dә kosmik xidmәt gәmilәri (kosmik aparatlardan informasiyanın qәbulu vә kosmik obyektlәrlә radiorabitәnin tәmini mәsәlәlәrini hәll edir) xüsusi yer tutur. E.t.g.-ndә elmi aparatların yerlәşdirilmәsi üçün böyük sahәli açıq göyәrtәlәr olur. Gәmilәr bortarxası aparatlarla işi tәmin edәn qurğular (kran, bucurqad vә s.), dalğadan yırğalanma sabitlәşdiricilәri, güclü rabitә, radionaviqasiya vasitәlәri, telemetrik avadanlıqlar, elektron-hesablama komplekslәri vә s. ilә tәchiz edilir. Bir çox gәmilәr tәyinatına uyğun olan xüsusi layihә üzrә qurulur. 20 әsrin 60-cı illәrindәn Dünya okeanının tәdqiqindә dәrin sulardakı orqanizmlәrin vә şelf zonasının dibinin öyrәnilmәsi, geoloji süxur nümunәlәrinin toplanması üçün işlәdilәn sualtı aparatlar daha çox tәtbiq olunur. B.Britaniya, Almaniya, Danimarka, İslandiya, Niderland, ABŞ, Fransa, Yaponiya vә s. ölkәlәr böyük E.-t.g. donanmasına malikdirlәr.