“ƏXTƏR” – İstanbulda 1875–95 illәrdә azәrb. mühacirlәr tәrәfindәn fasilәlәrlә buraxılan hәftәlik qәzet. Müdiri Mәhәmmәd Tahir Tәbrizi, baş redaktoru Mirzә Mehdi Əxtәr (Tәbrizi) idi. Qәzetin nәşrindә Mәhәmmәd Tofiq Xәbirülmülk, Şeyx Əhmәd Ruhi, Əbdürrәhim Talıbov kimi qabaqcıl azәrb. ziyalılarla birlikdә farslar da iştirak etmişlәr. “Ə.”-in İranın siyasi, iqtisadi vә mәdәni hәyatında böyük rolu olmuş, o dövrün Yaxın vә Orta Şәrq ölkәlәrindә geniş şöhrәt tapmışdır. Qәzet kapitalist soyğunçuluğu vә mürtәce mütlәqiyyәt rejiminin özbaşınalığını ifşa edir, konstitusiyalı quruluşun bәrqәrar olunması, sosial vә iqtisadi islahatların keçirilmәsi, yeni maarifin yaradılması vә inkişaf etdirilmәsi tәlәblәri ilә çıxış edirdi. “Ə.” dәrc olunan daxili vә xarici xәbәrlәrin dolğunluğu, müxtәlif iqtisadi, siyasi, mәdәni, tarixi mәsәlәlәrin qoyuluşu vә şәrh olunması baxımından o dövrdә Qәrbdә çıxan qәzetlәrә yaxın idi. “Ə.” Türkiyәdәki inqilabi әhvali-ruhiyyәnin İran vә digәr ölkәlәrdә yayılmasında mühüm rol oynamışdır. Nәşri Türkiyә hökumәti tәrәfindәn dayandırılmışdır.
Əd.: Tәrbiyәt M. Danişmәndani-Azәrbaycan. Görkәmli elm vә sәnәt adamları. B., 1987.