ƏJDAHA DAĞLARI (bur dilindә Drakensberg) – Afrikanın c.-ş.-indә dağlar. Əsasәn CAR, qismәn Lesoto әrazilәrindәdir. C.-q.-dәn şm.-ş.-ә Böyük Key çayından Sabi çayınadәk 1000 km-dәn çox mәsafәdә uzanır. Böyük Çıxıntının nisbәtәn hündür hissәsidir. Cәnubi Afrikanın әn yüksәk nöqtәsi (Tabana-Ntlenyana d., hünd. 3482 m) buradadır. Üst Paleozoyun Orta Yura yaşlı bazaltları ilә örtülmüş qumdaşıları vә gil şistlәrindәn ibarәtdir. Ə.d. Hind okeanı hövzәsi çaylarının vә Oranj çayı hövzәsinin suayırıcısını formalaşdırır. Rütubәtli ş. yamacları (1200 m yüksәkliyәdәk; yağıntının illik miqdarı 1000– 2000 mm) tropik meşәlәr, quraq q. yamacları (yağıntının illik miqdarı 450–500 mm) isә savanna vә kolluqlarla örtülüdür. Zirvәlәrdә donuşluq dövrü 180 günәdәkdir. Ə.d.-nda tәqr. 50 növ mәmәli (bәbir, çaqqal, karakal, susamuru, manqust vә s.) vә dırnaqlı heyvanlar mәskunlaşmışdır; 300-dәn çox quş növü var. Rәngarәng faunanın, C. Afrikanın nadir vә endemik bitki növlәrinin qorunması üçün Ukxaxlamba-Drakensberq (CAR, Ümumdünya irsi siyahısına daxil edilmişdir), Sexlabatebe (Lesoto) milli parkları yaradılmışdır. Royal-Natal (CAR) milli parkı hüdudlarında, Tuqela çayının yuxarı axınında dünyanın әn hündür şәlalәlәrindәn biri yerlәşir.
Яждаща даьлары. ЪАР.