ƏJDƏROV Hüsnü-Cәngi Xәlil oğlu (d.12. 2.1941, Gәncә) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1981), prof. (1995). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1963). Azәrb. SSR EA Fizika İn-tunda (1965–83) çalışmış, bioloji cihazqayırma XKB-nin direktoru (1983–88) olmuşdur. 1988 ildәn Fizika İn-tunda laboratoriya müdiridir. Elmi işlәri yarımkeçiricilәr fizikası sahәsinә, silisium vә germanium kimi klassik yarımkeçiricilәrin bәrk mәhlullarının alınmasına, özünün irәli sürdüyü bir sıra innovativ üsulların kömәyilә onların legirә olunmasına aiddir. 160-dan çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.