ƏJDƏROVA Dilbәr Sәmәd qızı (d.3.12. 1944, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (2004). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1966). 1975–2004 illәrdә AMEA-nın Kimya Problemlәri İntunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) müxtәlif vәzifәlәrdә içlәmiş, 2004 ildәn baş elmi işçidir. AMEA-nın Kimya bölmәsinin Qeyri-Üzvi vә Fiziki Kimya Problem Şurasının elmi katibi (2004–10) olmuşdur. Tәdqiqatları fotohәssas maqnit keçiricilәrin alınmasının elmi әsaslarının hazırlanmasına aiddir. 160-dan çox elmi әsәrin müәllifidir.