ƏKBƏR ALLAHABADİ Sәid Hüseyn (16.10.1846, Allahabad ş. yaxınlığında – 1921, Allahabad) – hind şairi. Urdu dilindә yazmışdır. Hüquq tәhsili alan Ə.A. şairlәrin müsabiqәsindә iştirak etmiş, evi Allahabadın әdәbi mәrkәzinә çevrilmişdi. Fәlsәfi şeirlәrindә sufilik ideyaları mühüm yer tutur. İngilis müstәmlәkәçilәrinә qarşı alleqorik-satirik şeirlәr yazmışdır. M.Qandiyә hәsr etdiyi “Qandinamә” adlı poemasında müstәmlәkәçilik әleyhinә mübarizәni dәstәklәmiş, lakin şairin öz istәyi ilә әsәr onun sağlığında nәşr olunmamışdır. Yaradıcılığından bәzi deyimlәr xalq arasında atalar sözü vә mәsәl şәklindә geniş yayılmışdır.
Əd.: Глебов Н., Сухачев А. Литература урду. М., 1967.