Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELMİ-TEXNİKİ İNQİLAB

    ELMİ-TEXNİKİ İNQİLAB – elmin, bilavasitә mәhsuldar qüvvә kimi ictimai inkişafın hәlledici amilinә çevrilmәsi ilә әlaqәdar elmin, texnikanın, istehsal texnologiyasının, elәcә dә insanların bütün hәyat tәrzinin әsaslı dәyişmәsi (transformasiyası). E.-t.i. elmi-texniki tәrәqqinin әn yeni mәrhәlәsi sayılır, başlanğıcı, adәtәn, 20 әsrin ortalarına aid edilir.

    E.-t.i.-ın ilkin elmi-texniki vә sosial şәrtlәri var. Onun hazırlanmasında ilk növbәdә 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә dәqiq vә tәbiyyat elmlәri üzrә nailiyyәtlәrin (elektronun, radioaktivlik hadisәsinin, kimyәvi elementlәrin çevrilmәsinin kәşfi, nisbilik vә kvant nәzәriyyәsinin meydana gәlmәsi) mühüm rolu olmuşdur. Elmlә texnikanın qarşılıqlı әlaqә formaları üç dövrә ayrılır: a) birinci dövrdә (tәqr. 18 әsrә qәdәr) elm vә texnika insan fәaliyyәtinin iki fәrqli vә müstәqil sahәsi kimi tәzahür etmiş, aralarındakı әlaqәsi zәif olmuş, elmin istehsala tәtbiqi tәsadüfi vә qeyri-müntәzәm xarakter daşımışdır. Bu dövrdә elm texnikadan geri qalır vә nailiyyәtlәri izah etmәkdә lәngiyirdi. Texniki ixtiralar alimlәrә deyil, istehsalçılara mәxsus idi; b) ikinci dövrdә (tәqr. 20 әsrin 40-cı illәrinә qәdәr) elmin vә texnikanın inkişaf sәviyyәlәri bәrabәrlәşir, elm texnikanın tәlәbatı ilә daha çox hesablaşır vә onun “sifarişi” әsasında çalışmağa başlayır, bu zaman onlar bir-birinә daha çox ehtiyac hiss edir; c) üçüncü dövrdә, 20 әsrin 40-cı illәrindәn başlayaraq texniki tәrәqqi elmin inkişafından geridә qalır, “elm-texnika” sistemi yüksәlәrәk “elm-texnika-istehsal-insan” sisteminә çevrilir. 1940-cı illәrdә elm atom nüvәsinin parçalanması problemini hәll etmiş, bәşәriyyәt atom enerjisinә malik olmuşdur. Kibernetikanın vә avtomatlaşdırılmış hesablama vasitәlәrinin (kompüterlәrin) yaradılması superkompüterlәr vasitәsilә iri hәcmdә informasiya massivlәrinin avtomatik saxlanılması vә emalına imkan verәn mikroelektronikanın sürәtli inkişafına tәkan vermişdir. İstehsalın, idarәetmәnin vә informasiya proseslәrinin kompleks avtomatlaşdırılması, yeni növ enerjilәrin kәşfi vә istifadә olunması, lazımi xassәli materialların (nanotexnologiya, nanomateriallar, nanoelektronika) yaradılması, biotexnologiyalar E.-t.i.-ın hәyata keçirilmәsindә mühüm rol oynamışdır. Atom enerjisinin tәdqiqi, sonrakı dövrlәrdә kosmosun fәthi elm vә istehsalı qovuşduran iri dövlәt layihәlәrinin icrası, nәhәng elmi-istehsalat komplekslәrinin yaradılması ilә nәticәlәndi.

    E.-t.i.-a sәbәb olan (şәrtlәndirәn) vә onunla üzvi surәtdә bağlanan sosial dәyişikliklәr modernlәşdirmә proseslәrinin ümumi konteksinә daxil edilir. E.-t.i. insanların birgә fәaliyyәtinin (istehsal, istehlak, kommunikasiya, tәhsil, istirahәt) bütün sahәlәrinә birbaşa tәsir göstәrir; sosial-mәdәni sahәdәki dәyişikliklәrә (urbanizasiya), şәhәr-meqapolis mühitinin formalaşmasına, kütlәvi-mәdәni işlәrin vә kütlәvi kommunikasiya vasitәlәrinin beynәlmilәl mәzmun daşımasına, elmi-texniki әmәkdaşlığın beynәlxalq sәviyyәyә çıxmasına kömәk edir.

    E.-t.i. prosesindә tәbiәt vә cәmiyyәt münasibәtlәri yeni mәna kәsb edir. Bәşәriyyәtin qarşısında “ekoloji problem” (әtraf mühiti qorumaq vә onu elmi şәkildә idarә etmәk vәzifәsi) durur. E.-t.i. şәraitindә hәr hansı qlobal problemә kompleks yanaşma mühüm әhәmiyyәtә malikdir. Bununla әlaqәdar ictimai elmlәrlә tәbiyyat vә texnika elmlәri arasında sıx qarşılıqlı әlaqә vә üzvi vәhdәt zәruridir. Bu, ictimai istehsalın sәmәrәliliyini yüksәltmәyә, hәyat şәraitini yaxşılaşdırmağa vә mәdәni yüksәlişә tәkan verir.

    Müasir fәlsәfәdә vә sosiologiyada E.-t.i. iki baxımdan qiymәtlәndirilir – nikbin (E.-t.i. insan sivilizasiyasının inkişafını tәmin edәn qanunauyğun mәrhәlә kimi tәsvir edilir) vә bәdbin (diqqәt texniki inkişafın mәnfi nәticәlәrinә – ekoloji fәlakәtlәrә, nüvә tәhlükәsinә, texnikanın insan orqanizminә vә psixikasına mәnfi tәsirinә vә s. cәlb edilir).

    Sonradan әsaslandırılan sosioloji nәzәriyyәlәrindә ETİ sәnaye cәmiyyәtindәn informasiya vә xidmәt sferasının üstünlük tәşkil etdiyi, kütlәvi siyasәtdә vә idarәçilikdә elmi elitanın aparıcı rol oynadığı postindustrial cәmiyyәtә keçidlә әlaqәlәndirilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV