ELMLӘR AKADEMİYASI SİLSİLӘSİ – Tac. Resp.-nda, Qәrbi Pamirdә dağ silsilәsi. Meridional istiqamәtdә tәqr. 110 km mәsafәdә uzanır. Yalı Alp relyefi formasındadır. Hünd. 6000 m-dәn yuxarı olan 24 zirvәsi var; әn hündür zirvәsi 7495 m-dir (İsmayıl Samani piki). Paleozoyun çökmә vә metamorfik süxurlarından, qismәn qranitlәrdәn ibarәtdir. Daimi qarla örtülüdür. Ümumi sah. 660 km2 olan buzlaqlar (o cümlәdәn Yazqulam, Qarmo) var. Yüksәk dağlıq qlyasial-nival vә subnival landşaftlar yayılmışdır.
Елмляр Академийасы силсиляси. Исмайыл Самани пики.