ELMLӘR DOKTORU – elm sahәlәri üzrә doktoranturanın ikinci pillәsindә verilәn әn yüksәk elmi dәrәcә. Fәlsәfә doktoru (elmlәr namizәdi) vә ya professor elmi adı olan, ali vә elmi müәssisәlәrin ixtisaslaşdırılmış elmlәr doktoru dissertasiyala- rının müdafiәsi keçirilәn dissertasiya şuralarında açıq şәkildә doktorluq dissertasiyası müdafiә edәn şәxslәrә verilir. 1934 ildә keçmiş SSRİ Ali Attestasiya Komissiyası tәrәfindәn tәsis edilmişdir. Azәrb.-da 1992 ildәn E.d. elmi dәrәcәsi Ali Attestasiya Komissiyası tәrәfindәn tәsdiq edilir. E.d. elmi dәrәcәsi ali tәhsil müәssisәlәrindә vә elmi tәşkilatlarda fәaliyyәt göstәrәn ixtisaslaşdırılmış dissertasiya şuralarının vәsatәti әsasında Ali Attestasiya Komissiyası tәrәfindәn 2003 ildә tәsdiq olunmuş “Elmi dәrәcәlәrin vә elmi adların verilmәsi haqqında Әsasnamә”nin tәlәblәrinә uyğun olaraq verilir. E.d. proqramı üzrә doktoranturaya seçdiklәri sahәdә elmi vә ya elmi-pedaqoji nailiyyәtlәri, “fәlsәfә doktoru” (elmlәr namizәdi) elmi (alimlik) dәrәcәsi olan Azәrb. Resp.-nın vәtәndaşları qәbul edilir.