ƏKBƏRBƏYOV Əliәkbәr Allahyar oğlu (d.17.3.1927, Bakı) – Azәrb. tibb alimi, rentgenoloq. Tibb e.d. (1972), prof. (1973). Azәrb. Dövlәt Tibb İn-tunu (1953) bitirmişdir. 1962 ildәn Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun şüa diaqnostikası kafedrasında işlәyir (1972–2012 illәrdә kafedra müdiri). Tәdqiqatları qarın boşluğu orqanları şişlәrinin rentgenoloji diaqnostikasına hәsr edilmişdir. 100-dәn artıq elmi әsәrin müәllifidir.
Əsәri: Рентгенодиагностика заболеваний диафрагмы. М., 1972 (İ.E.Rabkinlә birlikdә).