ƏKBƏROV Canәli Xanәli oğlu (d.10. 30.1940, Lәnkәran r-nunun Tükәvilә k.) – Azәrb. müğәnnisi, xanәndә. Azәrb. Resp.nın xalq artisti (1992). İlk sәnәt müәllimi atası, xanәndә X.Əkbәrov olmuşdur. A.Zeynallı ad. Bakı Musiqi Mәktәbinin xanәndәlik şöbәsini (S.Şu şinski vә X.Şuşinskinin sinfini) bitirmişdir (1968). 1963–76 illәrdә Azәrb. Dövlәt Filarmoniyasının solisti olmuşdur. Geniş sәs diapazonuna malik olan Ə.-un repertuarına muğamlar (Orta mahur, Arazbarı, Mani, Çahargah, Heyratı vә s.), xalq mahnıları (“Ay qәşәng ceyran”, “Ay dili-dili”, “Uca dağlar” vә s.), tәsniflәr daxildir. 1976–2006 illәrdә Azәrb. Dövlәt Opera vә Balet Teatrının solisti olan Ə. opera sәhnәsindә İbn Salam vә Mәcnun, Kәrәm (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm”, Ü.Hacıbәyli), Şah İsmayıl (“Şah İsmayıl”, M.Maqomayev), Qәrib (“Aşıq Qәrib”, Z.Hacıbәyov), Camal (“Gәlin qayası”, Ş.Axundova) vә s. partiyalarda çıxış etmişdir. Ə. musiqişünasların Sәmәrqәnddә keçirilәn beynәlxalq simpoziumunun (1978, 1983) iştirakçısıdır. 1992 ildәn Azәrb. Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Un-tindә dәrs deyir (1999 ildәn prof.), muğam sәnәti kafedrasının müdiridir (2000). Bir çox xarici ölkәdә qastrol sәfәrlәrindә olmuşdur. Azәrb. Resp.-nın “Şöhrәt” vә “Şәrәf” ordenlәri ilә tәltif edilmişdir.