Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELMŞÜNASLIQ

    ELMŞÜNASLIQ– elmi bilik vә elmi fәaliyyәtin tәdqiqatında elmmetriyanı (elmin kәmiyyәt metodları ilә tәdqiqi), elm sosiologiyasını, elm iqtisadiyyatını, elmi yaradıcılıq psixologiyasını ehtiva edәn fәnlәrarası sahә. Müasir E. elmi cәmiyyәtin vә onun daxilindәki kommunikasiyaların tәdqiqindәn elm, texnologiya vә cәmiyyәt münasibәtlәrinin vә nәhayәt, ekspertizaların, ekspert qiymәtlәndirmәlәrinin tәhlilinә keçmişdir.

    Elmi cәmiyyәtlәrin formalaşmasının statistik metodlar vasitәsi ilә ilk öyrәnilmәsi sınaqları A. Dekandolun (“İki әsr әrzindә elmin vә alimlәrin tarixi” – “Historie des sciences et des savants depuis deux siecles, 1873) vә F. Qaltonun (“İngilis elm adamları. Onların tәbiәti vә qidası” –
    “English men of science: their nature and nurture”, 1874 vә d.) әsәrlәrindә tәmsil olunur; alimin formalaşması problemlәrini V. Ostvald (“Böyük insanlar” – “Grosse Männer”, 1909) öyrәnirdi. 1920–30 illәrdә E.-ın xüsusi tәdqiqat sahәsi kimi formulә edilmәsinin ilk nümunәlәri yarandı: rus alimi İ.A. Boriçevski “E.” terminini irәli sürdü (1926) vә E.-a elmin daxili tәbiәtinin, onun ictimai vәzifәsinin öyrәnilmәsini daxil etdi; Polşa alimlәri M. vә S. Ossovskilәr “elm haqqında elm” kimi E. proqramını irәli sürdülәr (1936); R. Mertonun (1938) vә C. Bernalın (1939) elm sosiologiyasına dair işlәri mühüm әhәmiyyәt daşıyırdı.

    E. müstәqil tәdqiqat sahәsi kimi İkinci dünya müharibәsindәn sonra elmin sosial in.-ta, elmi fәaliyyәtin isә kütlәvi peşәyә çevrilmәsi nәticәsindә tam şәkildә formalaşdı. 1960-cı illәrdә elm sosiologiyası E.-ın nüvәsi (T. Kun, M. Malkey vә b.) oldu, tәdqiqat obyekti isә elmi cәmiyyәt (elmi mәktәblәr, “görünmәz kolleclәr”, tәdqiqat qrupları, laboratoriyalar – N.İ. Rodnıy,D. Kreyn, M.K. Petrov, B. Latur) vә onun daxilindәki kommunikasiyalar (S. Vulqar, U. Haqstrom) idi. 1960-cı illәrin ortalarında E.-da informasiya-bibliometrik proqram tәsdiqlәndi. Bu proqram çәrçivәsindә elmin yeni indikatorları vә onların işlәnmәsi vasitәlәri tapıldı (sitatgәtirmә indeksi vasitәsilә), onların analizlәrinin metrik modellәri quruldu (N. Qarfild, Q. Smoll, D. Çubin, İ. vә C. Koullar, V.V. Nalimov, Q.M. Dobrov vә b.), biliklәrin tәqdimat sistemi kimi elmi nәşrlәr massivinin müxtәlif artım modellәri tәklif olundu (D. Prays, B. Qriffit, E.M. Mirskiy). Elmi yaradıcılığın yeni öyrәnilmә yolları müәyyәn edilir (D. Pelts, F. Endrüs, M.Q. Uaroşevski, A.N. Luk), elmi-tarixi rekonstruk- siyalar bazasında elmi fәaliyyәtin idealları vә normaları, elm institutlaşmasının sosial vә koqnitiv formaları vә s. tәdqiq olunurdu (V.İ. Stepin).

    E. elm tezaurusunun dәyişmәsini, elmi fәaliyyәtin tәşkili formalarını, alimlәrin özünütәşkil mexanizmlәrini, bu vә ya digәr ölkәlәrdә elm siyasәtinin başlıca istiqamәtlәrini, elmin texnika, tәhsil vә mәdәniyyәtlә әlaqәlәrini, onun qloballaşma proseslәrindә yerini vә s. tәhlil etmәyi qarşısına mәqsәd qoyur. Bu cür mәqsәd müxtәlifliyi E.-da riyazi modellәşmә ilә yanaşı, ona daxil olan ayrı-ayrı fәnlәr üçün spesifik sәciyyә daşıyan müxtәlif yanaşma vә metodların istifadәsini şәrtlәndirir.

    “Sosial Studies of science” (1971 ildәn), “Scientometrics” (1978 ildәn), “Naukavedenie” (1999–2004) E. üzrә nәşrlәrdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV