ƏKBƏROV Qәzәnfәr Qulam oğlu (4.4. 1917, Naxçıvan qәzasının Cәhri k. – 3.8. 1944, Belrusiya SSR, Volojin ş.) – Sovet İttifaqı Qәhrәmanı (ölümündәn sonra, 26.10.1944), baş serjant. 1940 ildә Naxçıvan Müәllimlәr İn-tunu bitirmiş vә 1941 ildә Qoşadizә kәnd mәktәbinin müdiri işlәmişdir. 1941 ildә sovet ordusuna çağırılmış, Tbilisi topçuluq mәktәbindә oxumuş vә 1942 ildә Şimali Qafqaza göndәrilmişdir. Ukraynanın, Belorusiyanın azad edilmәsindә, 1944 ilin avqustunda Volojin ş. әtrafında almanlara qarşı vuruşmada fәrqlәnmiş vә qәhrәmancasına hәlak olmuşdur. Qırmızı Ulduz ordeni vә medallarla tәltif edilmişdir. Cәhri k.-ndә Ə.-a abidә qoyulmuşdur. Adına küçә, mәktәb var.