EL-NİNYO (El-Niño) – Sakit okeanın Ekvador vә Peru sahillәrindә (ekvatordan 5–7° c.e.-nәdәk) mövsümi isti sәth axını. Yay aylarında ekvatordan siklonların keçmәsi ilә epizodik olaraq yaranır; ayrı-ayrı illәrdә 15° c.e.-nәdәk gedib çıxır vә Peru axınının soyuq sularını sahildәn sıxışdırıb çıxarır. Suyunun temp-ru 26–28°C-dir. E.- N.-nun nazik isti su tәbәqәsi Perunun sahilyanı zonasında plankton vә balıqlara ölümcül tәsir göstәrir; әlverişsiz hava şәraitinin yaranmasına sәbәb olur.