ƏKBƏROV Mirhәsәn Müseyib oğlu (18.3.1941, Lerik r-nunun Şingәdulan k. – 4.3.2005, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1989). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1964). 1965 ildә Azәrb. SSR EA Fizika İn-tunda fәaliyyәtә başlamışdır. 1977 ildәn radiasiya tәdqiqatları bölmәsindә çalışmış, 1989 ildәn Radiasiya Problemlәri İn-tunda laboratoriya müdiri olmuşdur. Tәdqiqatları termoçeviricilәr üçün perspektiv yarımkeçirici material vә strukturların öyrәnilmәsinә aiddir. 100-ә qәdәr elmi әsәrin müәllifidir.