ƏKBƏROV Oqtay Hümmәt oğlu (d.10. 10.1939, Salyan r-nunun Yuxarı Xәlәc k.) – Azәrb. kimyaçısı, kimya e.d. (1988), prof. (1989). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1962). Hәmin un-tdә assistent (1965–67), baş müәllim (1967–69), dosent (1969–89) vәzifәlәrindә çalışmış, 1994 ildәn kafedra müdiridir. Əsas tәdqiqatları çoxnüvәli aromatik karbohidrogenlәrin alkillәşmәsi, allillәşmәsi reaksiyalarının, allil monomerlәrinin müxtәlif kompleksәmәlәgәtiricilәrin iştirakı ilә homovә birgәpolimerlәşmәsinin nәzәri mәsәlәlәrinin öyrәnilmәsinә vә praktiki istifadәsinә hәsr edilmişdir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә dәrslik vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlamasında xidmәti var.