ELONQASİYA (lat. elongatio – uzaqlaşma) – ümumi halda, göy sferasında hәr hansı bir nöqtәyә nәzәrәn iki nöqtә arasındakı bucaq mәsafәsi. 1) Planet E. – Yerә nәzәrәn Günәşlә alt planetlәr (Merkuri vә Venera) arasındakı bucağa deyilir. Günәşәtrafı orbitlә hәrәkәt edәn planetin maks. E.-sı zamanı Yerdәki müşahidәçi ilә planeti birlәşdirәn düz xәtt orbitә toxunan olur. Planetin Yerdәn müşahidәsi üçün әn әlverişli şәrait bu nöqtәdәdir. Alt planetlәr üçün ş. (axşam) vә q. (sübh) E. fәrqlәndirilir. Merkuri üçün maks. E. 18°¸ 28°, Venera üçün isә 45°¸47° intervalında dәyişir; belә dәyişmәnin sәbәbi bu planetlәrin orbitlәrinin ekssentrisitetliyi ilә bağlıdır. Üst planetlәr üçün ş. vә q. E. qiymәti 0¸180° arasında dәyişir. 2) Ulduz E. – ulduzun göy sferası üzrә görünәn günlük hәrәkәti zamanı c. nöqtәsindәn azimut üzrә maks. meyilliyә malik olduğu vәziyyәt. Ulduz E. yalnız göy meridianının dünya qütbü ilә müşahidә nöqtәsinin zeniti arasındakı hissәsindә yuxarı kulminasiyadan keçәn ulduzlarda müşahidә olunur. Ulduzlar üçün dә ş. vә q. E. fәrqlәndirilir.