ÉLSHEYMER (Elsheimer) Adam (18.3.1578, Frankfurt-Mayn – 11.12.1610, Roma) – alman rәssamı. Frankfurt-Maynda F. Uffenbaxdan dәrs almışdır. Venesiyada (1598–1600) vә Romada (1600 ildәn) işlәmişdir. Miniatür üslubunda çox da iri hәcmi olmayan әsәrlәr (әsasәn mis üzәrindә) yaratmışdır. E. dini vә mifoloji sәhnәlәri adi, sadә mәişәt mühitindә tәsvir etmişdir (“Yupiter vә Merkuri Filemon vә Bavkida ilә birlikdә”, Drezden qalereyası); tәbiәt mövzusundan qaynaqlanaraq әsasәn, gecәnin tәsvirindә işıq-kölgә keçidlәrini mükәmmәl incәliklә yarada bilmişdir (“Misirә qaçış”, 1609, Qәdim pinakoteka, Münhen). E. yaradıcılığı Lorren, Rembrandt, Rubens vә b. sәnәtkarlara әhәmiyyәtli dәrәcәdә tәsir göstәrmişdir.
Елсщеймер А. “Мисиря гачыш”. 1609. Qәdim pinakoteka, Münхen.