ƏKBƏROV Surxay Cabbar oğlu (d.8.2. 1954, Erm. SSR, Masis r-nunun Zәhmәt k.) – mexanika sahәsindә Azәrb. alimi, texnika e.d. (1988), prof. (1993), AMEAnın m. üzvü (2001). Azәrb. Dövlәt Untini bitirmişdir (1976). 1976–93 illәrdә Azәrb. SSR EA-nın Riyaziyyat vә Mexanika İntunda işlәmişdir. 1993 ildәn Yıldız Teknik Un-tindә (Türkiyә) çalışır. Tәdqiqatları әyri struktura malik kompozisiya materialları mexanikasına, qeyribircins kәsilmәz mühitlәrin statikası, dinamikası vә dözümlülüyünә aiddir. 120dәn çox elmi әsәrin, o cümlәdәn bir monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Mechanics of curved composites. Kluwer Akademic Publishers, 2006.