ƏKƏR – orta әsrlәrdә bir sıra Yaxın Şәrq ölkәsindә, hәmçinin Azәrb.-da mülkәdar malikanәlәrindә vә dövlәt torpaqlarında yaşayıb torpağı icarәyә götürәn kәndli. Bәzәn bәrzigәr vә müzari terminlәrinin sinonimi kimi dә işlәnirdi. Ə.-lәr kәnd icması ilә әlaqәni itirәrәk tamamilә feodalın tәhkimlisinә çevrilirdilәr. Hülakular dövründә Ə.-lәr illik mәhsulun yarısını alırdılar. “Ə.” termini 18–19 әsrlәrdә Azәrb.-da yalnız Lәnkәran xanlığında işlәnirdi. Ə.-lәr rәncbәrlәrlә eyni hüquqda sayılırdılar. Çox zaman әmәk alәtlәrini hazırlamaq da onların üzәrinә düşürdü. Ə.-lәrin işinә nәzarәt edәn xüsusi nazirlәr var idi.