ƏKƏRƏK – İrәvan xanlığının Karnibasar mahalında (9.9.1930 ildәn Aştarak r-nu), Kasax (Abaran) vә Amberd çayı sahillәrindә azәrb.-ların yaşadığı kәnd. İrәvan xanlığının Rusiya tәrәfindәn işğalından sonra buraya İrandan ermәnilәr dә gәtirilmişdir. 1918 ildә ermәni tәcavüzünә mәruz qalan kәndin azәrb. әhalisi qovulmuş vә Türkiyәnin Van, Qavaş, Bitlis vil.-lәrindәn köçürülüb gәtirilmiş ermәnilәr yerlәşdirilmişdir. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri qayıdan qaçqın әhali 1948–53 illәrdә Azәrb.-a deportasiya olunmuşdur.