ƏKƏRƏK – İrәvan xanlığı Karnibasar mahalının dağlıq hissәsindә, Ellәr r-nu әrazisindә (9.9.1930 ildәn Kotayk, 12.10.1961 ildәn Abovyan r-nu), Gәrni çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni daşnakları tәrәfindәn kәnd dağıdılmış, әhalisinin bir hissәsi qәtlә yetirilmiş, sağ qalanlar Arazın o tayına – Türkiyә әrazisinә pәnah aparmışlar. O vaxtdan kәnd xaraba qalmışdır.