ƏKƏRƏK, Xaraba Əkәrәk – İrәvan xanlığının Talin mahalında (9.9.1930 ildәn Talin r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalmış, әhalisi qovulmuşdur. 1920 ildә buraya Türkiyәnin Sasun vә Taron vil.-lәrindәn köçürülәn ermәnilәr yerlәşdirilmişdir; bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri qayıdan qaçqın әhali az sonra sıxışdırılıb çıxarılmış, kәnd tamamilә ermәnilәşdirilmişdir.