ÉLSUORT (Ellsworth) Linkoln (12.5. 1880, Çikaqo – 26.5.1951, Nyu-York) – Amerika qütb tәdqiqatçısı, tәyyarәçi. 1925 ildә R. Amundsenin Şimal qütbünә tәşkil olunmuş ekspedisiyasındakı iki tәyyarәdәn birinin şturmanı olmuşdur. 1926 ildә Amundsenin Şpitsbergen–Şimal qütbü – Alyaska marşrutu ilә uçan “Norveç” dirijablının ekspedisiya iştirakçısıdır. 1931 ildә “Qraf Seppelin” dirijablında Frans İosif Torpağına uçmuş, 1935 ilin noyabr– dekabrında tәyyarәçi Q.Xollik-Kenyonla Antarktida y-a-ndan Litl-Amerikayadәk ilk transantarktida uçuşunu yerinә yetirmişdir. Uçuş zamanı Eterniti, Sentinel silsilәlәri, Elsuort Torpağı vә dağları kәşf olunmuşdur. 1938–39 illәrdә Antarktidanın daxili bölgәlәrinә uçuşlar etmişdir. Yanq a.-nda (Balleni a-rı) buruna, Kuin-Mod silsilәsindә zirvәyә vә Antarktidada st.-ya E.-un adı verilmişdir.