ÉLSUORT TORPAĞI (Ellsworth Land) – Qәrbi Antarktida әrazisinin bir hissәsi. Antarktida y-a-ndan c.-q.-dә, Bellinshauzen dәnizi ilә Ronne şelf buzlağı arasındadır. Buzlaq örtüyünün hünd. 2000 m; qalınlığı 1000–3000 m-dir. C. hissәsindә buzlaq sәthi üzәrindә Elsuort d. (hünd. 5140 m – Antarktidanın әn yüksәk nöqtәsi) ucalır. 1935 ildә L. Elsuort tәrәfindәn kәşf edilmiş, atası C.Elsuortun şәrәfinә adlandırılmışdır.