EL-TENYENTE MİS FİLİZLӘRİ YATAĞI – Çilidә, Kaçapoal әyalәtindә, San-Tyaqo ş.-ndәn 80 km c.-ş.-dә, nәhәng mis filizlәri yatağı. Cәnubi Amerika misli qurşağına daxildir. Dәniz sәviyyәsindәn 2000–2700 m yüksәklikdә yerlәşir. Hidrotermal mәnşәli mis-porfir yatağıdır; molibden, renium vә s. qatışıqları var. 18 әsrin sonlarında kәşf olunmuş, 1904 ildәn istismardadır, 1971 ildәn dünyanın әn iri yeraltı filiz mәdәnidir. Misin ümumi ehtiyatı 64 mln. t (filizdәki miqdarı 1%), molibden – tәqr. 1,2 mln. t (filizdәki miqdarı 0,03%), renium – 520 t-dur. Yataq vulkan krateri ilә әlaqәdardır. Uz. 1,8 km, eni 400–700 m olan filiz cismi 2 km dәrinliyәdәk izlәnir. Әsas filiz mineralları bornit, xalkopirit, pirit, tennantit, tetraedrit, ankerit, xalkozin, kovellin, kuprit, xalis misdir.