ELTÓN – Xәzәryanı ovalığın şm. hissәsindә, RF-nin Volqoqrad vil.-ndә şor göl. Dәniz sәviyyәsindәn 16 m aşağıdadır. Sah. 152–200 km2; sәviyyә tәrәddüd etmәsi ilә әlaqәdar dәyişir. Dibindә qalın duz qatı vә kükürdlü müalicә palçığı var. Onların üzәrini doymuş duzlu mәhlul (qalınlığı yaz daşqınları zamanı 1 m-ә çatır, payızda isә 10–20 sm-әdәk azalır) örtür. Duz istehsal edilir. E.-a kiçik çaylar tökülür. Yaxınlığında (E. st.-nın 6 km-liyindә) eyniadlı kurort var. Yayı isti (iyulun orta temp-ru 25°C), qışı mülayim soyuqdur (yanvarın orta temp-ru –11°C); illik yağıntı 300 mm. Müalicә vasitәlәri: lil palçığı vә göl rapasıdır. Periferik sinir sistemi, hәrәkәt vә dayaq orqanları, hәzm sistemi, ginekoloji vә s. xәstәliklәr müalicә olunur. Xlorlu-sulfatlı-natriumlu mineral suyu içmәyә yararlıdır. Sanatoriyalar, müalicәxanalar var.
Елтон эюлц.