ELÚRU – Hindistanda, Andhra-Pradeş ştatında şәhәr. Әh. 286 min (2011). Qodavari vә Krişna çaylarını birlәşdirәn gәmiçilik kanalının sahilindәdir. Toxuculuq, dәri vә tütün mәmulatları, elektrotexnika avadanlıqları istehsal olunur. Kustar sәnәtkarlıq (әsasәn xalçaçılıq) inkişaf etmişdir. Mühәndislik, texnologiya, әczaçılıq vә politexnik kolleclәri fәaliyyәt göstәrir.
Елуру шящяриндян эюрцнцш.