ELZASLILAR – Fransanın ş.-indә xalq, Elzasın (Yuxarı vә Aşağı Reyn dep.-tlәri) әsas әhalisi. Yaxın qohumları olan lotaringiyalılarla birlikdә sayları 2,5 mln. nәfәrdir. Alman dilinin aleman dialektindә (lotaringiyalılar frank lәhcәsindә) danışırlar. İri şәhәrlәrdә fransız dili yayılmışdır. Dindarları xristiandır.
E.-ın vә lotaringiyalıların әn qәdim etnik özәyini eramızın 1 әsrindә romalılar tәrәfindәn işğal olunmuş kelt tayfaları (rauraklar, sekvanlar, tulinqlәr vә mediomatriklәr) tәşkil etmişlәr. 5 әsrdәn german tayfası alemanlar Elzasın yerli әhalisini, Ripuar frankları isә Lotaringiya әhalisini assimilyasiyaya uğratmışlar. 843 ildәn E. Lotaringiyanın, 10–17 әsrlәrdә Müqәddәs Roma imperiyasının tәrkibindә idilәr. 16 әsrdә fransız-hugenotların gәlişi ilә Elzasda fransız dili yayılmışdır. Otuzillik müharibәdәn (1618–48) sonra Elzas Fransaya birlәşdirilmişdir. E.-da
özünüdәrkin formalaşması onların fәal qoşulduqları Böyük Fransa inqilabı ilә sıx bağlıdır. Fransa– Prussiya müharibәsindә (1870–71) Fran- sanın mәğlubiyyәtindәn sonra Elzas vә Lotaringiya E. vә lotaringiyalıların zorla assimilyasiyası siyasәti aparan Almaniya tәrәfindәn ilhaq olunmuşdur. Birinci dünya müharibәsindәn (1914–18) sonra Elzas vә Lotaringiya yenidәn Fransanın tәrkibinә keçmişdir.
Елзаслы гызлар.
İndiki E. çoxsahәli sәnaye vә k.t. (buğ- da, arpa, texniki bitkilәr, tәrәvәzçilik, bağçılıq, üzümçülük, südlük heyvandarlıq, donuzçuluq) ilә mәşğuldurlar. E.-ın maddi mәdәniyyәtlәri almanlara yaxındır. Әnәnәvi evlәri Frankoniya (Orta Almaniya) evidir. Elzasın mәrkәzi Strasburq ş.-nin әnәnәvi memarlığında alman vә fransız memarlıq üslublarının cәhәtlәri birlәşir. Әnәnәvi geyimlәrindәn (ağ kofta, qara yubka, döşlük vә mәxmәr korsaj, qara baftadan iri bantı olan baş geyimi) festival vә folklor ansambllarının iştirakçıları istifadә edirlәr. Alman vә fransız elementlәrini qovuşduran folklor irsi qalmaqdadır.