ELZEVİRLӘR (Elzevier, Elsevier) – holland mәtbәәçi vә naşirlәr ailәsi. E.-in firması 1581–1712 illәrdә fәaliyyәt göstәrmişdir. 16 әsrin sonu – 17 әsrin 1-ci yarısında elmi kitablar vә dәrs vәsaitlәri nәşr edib Avropada yayan nәşriyyat fәaliyyәtinin mәrkәzi Leyden, 17 әsrin 2-ci yarısı isә Amsterdam olmuşdur.
Çoxsaylı ailәnin mәşhur nümayәndәlәri: B ö y ü k L o d e v e y k E. (tәqr. 1540/1546 – 1617, Leyden) – firmanın әsasını qoymuş, mәtbәә işini K. Plantendәn öyrәnmişdir; M a t i a s E. (1564, Antverpen – 1640), B o n a v e n t u r a E. (1583, Leyden – 1652, Leyden), A b r a h a m E. (1592–1652); İ s a a k E. (1596, Leyden – 1651, Köln) – Leyden Un-ti nәzdindә ilk dәfә olaraq nәşriyyat açmışdır (1636); K i ç i k L o d e v e y k E. (1604–1670). E. kitab ticarәtini bir sıra Avropa ölkәlәrindә dә inkişaf etdirәrәk beynәlxalq sәviyyәyә çatdırmışdı; firmanın filialları vә agentliklәri Almaniya, Fransa, İngiltәrә, İtaliya vә Danimarkada yerlәşirdi. E. müxtәlif dillәrdә kitab nәşr edirdilәr (yazıçıların, hәmçinin alimlәrin elmi biliklәrin bütün sahәlәri üzrә әsәrlәri, öl- kәlәrin statistik vә topoqrafik tәsvirlәri vә s.). Ümumilikdә 2200-dәn çox kitab, tәqr. 3000-dәk un-t dissertasiyaları nәşr olunmuşdur. Nәşrlәrin bәdii dәyәri gözәl tәrtibatla tamamlanır, ensiz format vә orijinal şrift tәtbiq edilirdi. E.-in nәşrlәri hәm dә ucuz qiymәti ilә seçilirdi. E.-in adı ümumilәşdirilmiş ismә çevrilmişdir: buraxdıqları kitablar, icad etdiklәri şriftin bәzәyi vә nәşr formaları “elzevirlәr” adlandırılırdı. E.-in bir neçә nәşriyyat nişanı var idi: ağac altında zahid, qlobus, qartal, ağac altında Minerva ilahәsi vә s.