Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EMANASİYA

    EMANASİYA (son lat. emanatio – axma, yayılma; yun. απορροια, προβολη, προοδος) – neoplatonizmdә işlәnmiş fәlsәfi anlayış, universumun yüksәk vә mükәmmәl ontoloji pillәsindәn aşağı pillәsinә keçid. İnkişaf növü kimi E. yüksәliş vә tәkmillәşmәnin әksidir. E. haqqında tәlim hәmişә panteist nәticәlәrә gәtirib çıxarsa da, yaranışın ilkin mәnbәyinin transsendent anlayışını istisna etmir. Monistik sistemlәrdә (platonizm, neoplatonizm) E. sonsuz yaradıcı qüdrәtdәn aşağı varlıqları yaradan ilkin başlanğıcın tәbii mәhsuldar qüvvәsi haqqında tәlimdir. Yaradılış paradiqmasından fәrqli olaraq, teodiseya problemini aradan qaldıran E. paradiqması şәrin möv- cudluğunu xeyrin yoxluğu kimi izah edir; ilkin başlanğıcla müqayisәdә ibtidai törәmәnin az mükәmmәlliyi baxımından şәrin varlığını labüd sayır. Neoplatonizmdә E. anlayışını tamamlayan iki konsepsiya işlәnmişdir: aşağının yaranması zamanı yuxarının dәyişmәmәsi vә aşağı olanın öz mәnbәyinә qayıtması. E.-nın geniş yayılmış obrazlarından biri xristian (möminin yanar çıraq şәklindә tәsәvvür olunan qәlbindәki işığın әsas nur mәnbәyinә qayıdış cәhdi) vә İslam (Allahın axar nur halında tәsәvvür olunduğu işraqiyyә konsepsiyası) teologiyasında qәbul edilәn, elәcә dә orta әsrlәr Avropa tәfәkküründә rast gәlinәn “günәş vә günәş işığı axını”dır. İslam fәlsәfәsindә E. prosesi mütlәq işığın enmә (“nüzul”) vә qalxma (“sәud”) mәrtәbәlәri üzrә manifestasiya (“tәcәlli”) edәrәk varlıq dairәsini yaratması kimi tәzahür edir. Quranda bu proses tәxminәn eyni formada ifadә olunmuş (“Biz Allaha mәxsusuq vә Ona tәrәf qayıdacağıq”, 2:156), dәfәlәrlә bütün varlıqların ilkin başlanğıca qayıdacağı vurğulanmışdır (2:28, 2:210, 31:22 vә s.).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV