Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EMANUEL

    EMANUEL Nikolay Markoviç (1.10.1915 Tim, indiki Kursk vil.-ti – 8.12.1984, Moskva) fiziki-kimya sahәsindә rus alimi. SSRİ EA akad. (1966), Sosialist Әmәyi Qәhrәmanı (1981), Lenin (1958) vә SSRİ Dövlәt mükafatları (1983) laureatı. Leninqrad Politexnik İn-tunu bitirmişdir (1938). 1938 ildәn SSRİ EA Kimyәvi-Fizika İn-tunda, eyni zamanda 1944 ildәn MDU-da (1950 ildәn prof.) işlәmişdir. SSRİ EA Ümumi vә Texniki Kimya bölmәsinin akad. katibi (1975 ildәn) olmuşdur.

    Әsas işlәri kimyәvi reaksiyaların vә bioloji proseslәrin kinetikasının, polimerlәrin köhnәlmәsi vә stabillәşmәsinin tәdqiqinә hәsr edilmişdir. Üzvi maddәlәrin maye fazada oksidlәşmә proseslәrinin nәzәriyyә vә praktikasına, belә proseslәrdә inhibitorların, homogen vә heterogen katalizatorların tәsir mexanizminin öyrәnilmәsinә, polimerlәrin destruksiyası vә stabillәşmәsinin kinetikasının tәdqiqinә böyük töhfәlәr vermişdir. Neft kimyasında karbohidrogenlәrin vә digәr üzvi maddәlәrin oksidlәşmә reaksiyalarının orijinal istifadә yollarını tapmışdır (1953–65). Karbohidrogenlәrin qazfazalı oksidlәşmә reaksiyalarının mәqsәdyönlü mәhsulların yüksәk çıxımını tәmin edәn aşağıtemperaturlu mayefazalı oksidlәşmә rejiminә keçirilmәsinin yeni prinsiplәrini tәklif etmişdir (1956). Bununla әlaqәdar olaraqsirkә turşusu, metiletilketon, etilasetat istehsalının, hәmçinin temp-r vә tәzyiqin böhran qiymәtinә yaxın şәraitdә butanın oksidlәşmәsinin elmi әsaslarını işlәyib hazırlamışdır (1956–57). Olefinlәrin oksidlәrinin alınması üçün әlaqәli zәncirvarı oksidlәşmә reaksiyalarının istifadә olunma mümkünlüyünü göstәrmişdir. Oksidlәşmә proseslәrindә inhibitorların tәsir nәzәriyyәsini inkişaf etdirmişdir. A.L. Buçaçenko ilә birlikdә polimerlәrin molekulyar dağılması vә stabillәşmәsini (1967) tәdqiq etmişdir. Eksperimental vә klinik onkologiyada şiş xәstәliyinin müalicәsinin effektivliyinin miqdari analizi vә şiş әleyhinә preparatların tәsirinin qiymәtlәndirilmәsi üçün kinetik metodlar tәtbiq etmişdir (1964–79). Şişlәrin inkişafının başlanğıc mәrhәlәsindә sәrbәst radikallı proseslәrin intensivlәşmәsi hadisәsini kәşf etmişdir (1976–78). Şüa zәdәlәnmәlәrindә sәrbәst radikalların rolunu öyrәnmiş, sәrbәst radikal reaksiyalarının inhibitorlarının müdafiә tәsirini aşkarlamışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV