ÉMAYIGİ – Estoniyada çay. Uz. 218 km, hövzәsinin sah. 9960 km2. Pyuxayarv gölündәn başlanır. Vırtsyarv gölünәdәk Vyayke-Emayıgi, aşağıda Suur-Emayıgi adlanır. Çud-Pskov (Peypsi) gölünә tökülür. Qarışıq mәnbәdәn, әsasәn yağış suları ilә qidalanır. Apreldәn iyunun ortasınadәk daşqınlar olur. Ortaillik su sәrfi Tartu ş. yaxınlığında 54,8 m3/san-dir. De- kabrdan martın ikinci yarısına kimi donur. E. hövzәsindә ümumi sah. 330 km2 olan 373 göl vә su anbarı var. Tartu ş.-dәn aşağı hissәlәrdә gәmiçiliyә yararlıdır.
Емайыэи чайы.