ÉMBA – Qazax.-ın Aktobe vә Atırau vil.-lәrindә çay. Uz. 712 km, hövzәsinin sah. 40,4 min km2. Muqocar d-rının q. ya- maclarından başlanır. Xәzәryanı ovalıqla axır. Xәzәr dәnizinә tökülür. Әsasәn qar suları ilә qidalanır. Yayda suyu azalır vә dәnizә çatmır. Aşağı axınında suyun bol vaxtı bir-birilә qollarla birlәşәn göllәr әmәlә gәtirir. Ortaillik su sәrfi mәnsәbindәn 152 km mәsafәdә 17,5 m3/san, maks. 1240 m3/san-dir; minerallaşma dәrәcәsi yüksәkdir: yuxarı axınında yazda (mart–aprelin әvvәli) 150–200 mq/l, yayda 800 mq/l-әdәk, aşağı axınında müvafiq olaraq 1500–2000 mq/l vә 3000–5000 mq/l. Noyabrdan mart–aprelәdәk donur. Mühüm qolu sağdan Temir, soldan Atsaksıdır. Suvarmada istifadә olunur. E. hövzәsindә neft çıxarılır.
Емба чайы.