EMBÁRQO (isp. embargo – “hәbs etmә, qadağa”) – 1) beynәlxalq hüquqda ilkin olaraq dövlәt hakimiyyәti tәrәfindәn ya digәr ölkәlәrin, ya da öz ölkәsinin gәmilәrinin ölkәnin dәniz limanlarından çıxmasına vә ya xarici gәmilәrin ölkәnin dәniz limanlarına daxil olmasına, yaxud retorsiya vә ya cәza aktı kimi onların әrazi sularında mәcburi saxlanmasına qadağa qoyulması (digәr dövlәtlәrin qeyri-qanuni hәrәkәtlәrinә cavab tәdbirlәri); 2) dövlәt hakimiyyәt orqanları tәrәfindәn valyuta dәyәrlәrinin vә ya malların müәyyәn ölkәlәrә idxalına, yaxud ixracına qoyulan qadağa; 3) E. BMT-nin nizamnamәsinә әsasәn öz fәaliyyәti ilә beynәlxalq tәhlükәsizliyә tәhlükә yaradan dövlәtlәrә qarşı tәtbiq olunan cәza tәdbirlәrini ifadә edir.