EMBLÉM (yun. émblēma – nişan, qabarıq bәzәk) – müәyyәn anlayış vә ideyanı ifadә edәn tәsvir (mәs., göyәrçin sülh E.-dir); bir çox hallarda alleqoriyanın bir növü hesab edilir. Dar mәnada – qısa devizdәn vә müfәssәl didaktik mәtndәn ibarәt simvolik tәsvir; manyerizm vә barokko mәdәniyyәtinә xas әdәbi-bәdii emblematika janrı nümunәsi. İlahiyyata, siyasәtә vә mәişәt etikasına aid anlayışları mәcazi mәnada aydınlaşdıran müxtәlif E. topluları 16 әsrin 2-ci yarısı – 18 әsrdә populyar olmuş vә onlar әdәbiyyata, tәsviri vә dekorativ sәnәtә әhәmiyyәtli dәrәcәdә tәsir etmişdir. Bakı ş.-nin E.-i lövhә üzәrindә 3 simvolik alov şölәsi vә dәniz dalğalarının tәsviridir (eni – 100 mm, hünd. – 140 mm).
Бакы шящяринин емблеми (2001-ъи илдян).