EMBOLİYA (yun. μβολτ – müdaxilә) – embolların (tromb, piy, hava, toxuma vә s.) qan vә ya limfa cәrәyanı ilә damarlara daxil olması. Damarların tıxanması nәticәsindә orqan vә ya toxumanın yerli qan tәchizatı pozulur. Qan dövranının pozulması reflektor damar spazmı vә ikincili tromboz ilә dәrinlәşir. Kiçik damarların E.-sı zamanı kollateral (bax Kollaterallar) qan dövranı hesabına qanın dövr etmәsinin tez bәrpa olunması mümkündür. E.-dan qopan tromb vә ya onun hissәciklәri – t r o m b o e m b o l i k x ә s t ә l i k vә tromb yaradır. Periferik damarların tromboembolları, bir qayda olaraq, ağ ciyәr arteriyalarına çökür, ürәk arakәsmәlәrindә defekt (bax Ürәk qüsurları) zamanı onlar kiçik qan dövranından yan keçәrәk arteriya sisteminә düşә bilir (paradoksal E.). Böyük qan dövranı E.-sına, adәtәn, qapaqlarda vә ya ürәyin sol yarısının divarlarında yığılmış trombun qopması sәbәb olur (endokarditlәr, ürәk qüsurları, sol mәdәciyin anevrizmi). Toxuma vә piy E.-sı (әsasәn, uzunborulu sümüklәrin böyük vә ağır travmaları, sınıqlar), hava vә ya qaz E.-sı (açıq ürәkdә operasiyalar, boyun vә döş
qәfәsinin böyük damarlarında yaralanmalar, dekompressiya xәstәliklәri), bakterial E. (mikrobların toplanması ilә), ağırlıq qüvvәsi sayәsindә bәzәn qan cәrәyanının әksinә hәrәkәt edә bilәn yad cisimlәrlә E. (әsasәn, xırda qәlpәlәrlә yaralanma zamanı baş verәn retroqrad E.) da mümkündür. M ü a l i c ә s i: antikoaqulyantlar, trombolitik vә spazmolitik dәrmanlar, antibiotiklәr, müalicә rekompressiyası (dekompressiya xәstәliklәrindә); embolun cәrrahi yolla kәnar edilmәsi (embolektomiya); ciddi yataq rejimi.