“ƏKİNÇİ” – Azәrb.-da ilk milli qәzet. 1875–77 illәrdә Bakıda (iki hәftәdәn bir) nәşr edilmişdir. İlk nömrәsi 1875 il iyulun 22-dә çıxmışdır. Cәmi 56 nömrә (1875 ildә–12, 1876 ildә – 24, 1877 ildә – 20) buraxılmışdır. Qәzetin 1877 il nәşrinә kiçik formatlı beş әlavә nüsxәdә çıxmışdır (№1, 6, 7, 13, 15). Azәrb.-da dövri mәtbuatın başlanğıcı sayılan “Ə.”-nin banisi, redaktoru, naşiri, korrektoru vә bәzәn dә mürәttibi Hәsәn bәy Zәrdabi olmuşdur. “Ə.”-dә 5 şöbә: “Daxiliyyә”, “Əkin vә ziraәt xәbәrlәri” (sonralar “Əfalı-әhli-dәhat”), “Elm xәbәrlәri”, “Tәzә xәbәrlәr”, “Mәktubat” (6-cı nömrәsindәn sonra) fәaliyyәt göstәrmişdir. “Ə.”-dә 1200-ә qәdәr mәqalә, mәktub, korrespondensiya, xәbәr, felyeton, şeir, redaksiya qeydi vә s. verilmişdir. Maarifçi demokratik ideyaların carçısı vә tribunası olan “Ə.”-nin әtrafında toplanmış mütәrәqqi ziyalılar – M.F.Axundzadә, onun davamçıları S.Ə.Şirvani, N.Vәzirov, Ə.Gorani (Adıgözәlov), Əhsәnül-Qәvaid, Əlәkbәr Heydәri, Mәhbus Dәrbәndi vә b. mürtәce vә mühafizәkar qüvvәlәr, cәhalәt vә gerilik, köhnәlmiş adәt-әnәnәlәr, çarizm vә yerli feodal istismarı әleyhinә, elm, maarif vә mәdәniyyәtin tәrәqqisi uğrunda ardıcıl mübarizә aparmışlar. “Ə.”-nin Azәrb. maarifçi realist әdәbiyyatı vә incәsәnәtinin inkişafında da mühüm xidmәtlәri olmuşdur. Qәzetin dili xalq dilinә yaxın, sadә vә sәlis idi. “Ə.” qadın azadlığı vә qadın tәhsili ideyasını tәbliğ edәn ilk Azәrb. qәzetidir. Aqrotexnika vә zootexnikaya dair mәslәhәt xarakterli elmi-kütlәvi mәqalәlәr dәrc edәn qәzet hәlә o dövrdә әmәyi yüngüllәşdirmәk, mәhsuldarlığı artırmaq üçün k.t.-nda maşınların tәtbiqini zәruri saymışdır. “Ə.”-nin Azәrb.-dan kәnardada (Gürcüstan, Dağıstan, Özbәkistan vә s.) oxucuları olmuşdur. Mürtәce qüvvәlәrin aramsız hücumlarına mәruz qalan qәzetin nәşri 1877 il sentyabrın 29-da (56 №-dәn sonra) da yandırıldı. “Ə.” Azәrb. ictimai, elmi vә әdәbi-bәdii fikir tarixindә, 19 әsrin sonu – 20 әsrin әvvәlindә milli azadlıq ideyalarının formalaşmasında, Azәrb. Xalq Cümhuriyyәti liderlәrinin vә ideoloqlarının nәzәri görüşlәrinin әsasını tәşkil edәn azәrbaycançılıq ideologiyasının tәşәkkülündә vә inkişafında mühüm rol oynamışdır. “Ə.” özündәn sonra bir sıra milli mәtbu orqanın (“Ziyayi-Qafqaziyyә”, “Kәşkül” vә s.) nәşrinә tәkan vermişdri. Azәr b.-da “Ə.”-nin tam mәtni kitab halında bir neçә dәfә (әrәb qrafikası ilә) nәşr edilmişdir.
“Якинчи” гязетинин сайларындан бириnin ön sәhifәsi. 1875–77.