EMERCENT (ing. emergent – qәflәtәn meydana gәlәn; lat. emerge – meydana gәlirәm sözündәn) – bilinәn sәbәblәr vә şәrtlәr olmadan qәflәtәn meydana gәlәn keyfiyyәt (әşya, hadisә, proses). İnkişaf prosesindә davamlılığın qırılması fenomeni müxtәlif şәkildә izah olunmuşdur. Klassik fәlsәfәdә Hegel sıçrayış nәzәriyyәsini tәklif edirdi. 19 әsrin ortalarından sıçrayışlı dәyişikliklәr haqqında ideya tәbiәtşünaslığa daxil oldu (Ç. Darvinin tәkamül nәzәriyyәsi vә H. Spenserin evolyusionist pozitivizmi). 1875 ildә ingilis filosofu C.H. Luis sonradan emercent tәkamülü nәzәriyyәsinin әsasını tәşkil edәn “E.” terminini daxil etdi. E. çox vaxt adi kәmiyyәt dәyişikliyinә (rezultant) qarşı qoyulur. E.-i rasional şәkildә izah etmәk, yaxud ilkin elementlәrin mövcudluğunun әvvәlki mәrhәlәlәrindәn mәntiqi şәkildә almaq müm -
kün deyil; o, hissәlәrә bölünmәyәn “bәsit vәhdәt” kimi tәsvir edilir.