Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EMERCENT TƏKAMÜLÜ

    inkişafı yeni vә daha yüksәk keyfiyyәtlәrin sıçrayışla meydanagәlmә prosesi kimi nәzәrdәn keçirәn idealist vә metafizik inkişaf konsepsiyası. Konsepsiya 1920-ci illәrdә filosof-neorealist S. Aleksander vә bio loqfilosof K.L. Morqan tәrәfindәn işlәnib hazırlanmışdır. Onlar dәyişikliyi iki tipә ayırırdılar: elementlәrin әdәdi çoxalmasına әsaslanan vә ilkin elementlәr bazası üzәrindә riyazi hesablama aparmaqla qabaqcadan öyrәnilә bilәn kәmiyyәt dәyişikliyi (rezultant); ilkin elementlәrlә şәrtlәnmәyәn vә qabaqcadan müәyyәn edilә bilmәyәn keyfiyyәt dәyişikliyi (emercent). Avstriya–ABŞ filosofu E. Yanç (1979) E.t.-nü termodinamikanın dissipativ strukturu kimi izah edir, bununla da bu tәlimә konkret mәna verirdi: kifayәt qәdәr mürәkkәb vә aktiv axında yeniliyin fiziki qanunların qüvvәsi ilә әmәlә gәlmәsi sadәcә olaraq mümkün deyil. E.t.-nün abstrakt bioloji mexanizmini ingilis biokimyaçısı R. Şeldreyk (1981) özünün “yaradıcı sәbәbiyyәt prinsipi” әsasında irәli sürürdü: tәbiәtdә yeni material formanın meydana gәlmәsi beyindә yeni fikrin yaranması kimidir.
    E.t.-nün fәlsәfi bazasını mәntiqi çıxarışın qeyri-mümkünlüyü tәşkil edir. Emercentlәrin müntәzәmliyinә müvafiq olaraq, E.t. “mövcudluğun mәrhәlәlәri” kimi tәzahür edir; burada hәr bir mәrhәlәdә özündәn әvvәlkini ehtiva edәn, lakin ondan törәmәyәn növbәti yuxarı mәrhәlә üçün ilkin şәrt rolunu oynayır. Bu konsepsiyaya görә, tәkamül yeni mәrhәlәyә keçid zamanı keyfiyyәt dәyişikliklәri nәticәsindә sıçrayışla baş verir. Mәrhәlәlәrin sayı 3-dәn (materiya, hәyat, psixika) 10-a qәdәr göstәrilir. E.t. konsepsiyasında inkişafın hәrәkәtverici komponenti olaraq hansısa ideal qüvvәnin mövcudluğu qәbul edilir. Aleksanderә görә, hәmin qüvvә Allaha doğru canatma, yaxud “nizus”dur (lat. nisus – şövq, canatma). A.N. Uaythed onu “parçalanmadan birlәşmәyә, yaxud yeni mövcudluğun yaradıcısına doğru keçidin universal metafizik prinsipi” kimi “yaradıcı qabiliyyәt” hesab edirdi. E.t. konsepsiyası xolizmә, A. Berqsonun “yaradıcı tәkamülü”nә, P. Teyyar de Şardenin tәkamül haqqında teoloji tәliminә, elәcә dә materiyanın öz-özünә hәrәkәti haqqında materialist tәlimlәrә yaxındır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV