Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏKİNÇİLİK

    ƏKİNÇİLİK – 1) k.t.-nın bitkilәrin becәrilmәsi ilә mәşğul olan әn mühüm sahәlәrindәn biri; insanın tәsәrrüfat fәaliyyәtinin әn qәdim növüdür. Ekstensiv vә intensiv Ə. növlәri ayırd edilir. Ekstensiv Ə.-dә bitki mәhsullarının istehsalı torpağın tәbii münbitliyindәn istifadә etmәk vә becәrilәn әrazilәrin genişlәndirilmәsi, intensiv Ə. – әkin sahәsini genişlәndirmәdәn, әlavә әmәk vә vә sait (mexaniklәşdirmә, meliorasiya, gübrә verilmәsi, aqrotexnika sәviyyәsinin yüksәldilmәsi vә s.) sәrf etmәk vasitәsilә hәyata keçirilir. Ə.-dә torpaq vә bitki әsas istehsal vasitәsidir; istehsal prosesinә iqlim vә hava şәraiti güclü tәsir göstәrir. Yerli tәbii şәraitin vә becәrilәn k.t. bitkilәrinin növ vә sortlarının bioloji xüsusiyyәtlәrindәki zona fәrqlәri Ə. sistemindә, aqrotexniki qaydalara vә istehsalın mövsümiliyindә müxtәlifliyә sәbәb olur. Azәrb.-da tәbii şәraitdәn asılı olaraq, suvarılan, dәmyә vә dağ Ə.-yi növlәri vardır. S u v a r ı l a n Ə. k.t. bitkilәrinin suvarılmadan becәrilmәsinin qeyri-mümkün olduğu sәhra, yarımsәhra vә digәr quraq r-nlarda tәtbiq edilir; bu Ə. növü әkinlәrin yüksәk intensivlik sәviyyәsi vә әsas bitkinin (mәs., pambığın) әkilmәsinә üstünlük verilmәsi ilә sәciyyәlәnir; d ә m y ә Ə. suvarılan Ə. zonalarında olan suvarılmayan torpaq sahәsindә tәbii yaz vә payız–qış yağıntılarında istifadә olunmaqla hәyata keçirilir. D a ğ Ə.-yi nisbәtәn münbit torpaqlı yastı dağ yamaclarında aparılır; bu zaman yerli şәraitә yaxşı uyğunlaşmış bitki vә sortlar seçilmәklә, yamacların quruluşu, temp-r inversiyası vә s. nәzәrә alınaraq, torpaqların eroziyasının qarşısını almağa yönәldilәn terraslaşdırma vә aqrotexniki tәdbirlәr tәtbiq edilir. 
    Tarixi mәlumat. Ə.-in mәnbәyi ixtisaslaşdırılmış yığıcılıq olmuşdur. Protoәkinçiliyә dair bilik vә üsullar (süni yandırılmalar; quraq yerlәrin su ilә tәminatı; toxum, kökyumrusu vә zoğların yerinin dәyişdirilmәsi; alaqetmә vә yabanı bitkilәrә qulluq; ehtiyatların saxlanması vә konservlәşdiril mәsi), Ə.-lә, mәhsulun emalı vә saxlanması ilә әlaqәdar ixtisaslaçdırılmış әmәk alәtlәri vә texniki vasitәlәr (oraq, hәvәng dәstә, әl dәyirmanı, sürtgәclәr, daş, yaxud saxsı qablar, çalalar vә ya anbarlar) dә yığıcılıq çәrçivәsindә meydana gәlmişdir. Ə.-yә keçid, adәtәn, tәsәrrüfat böhranını (ekoloji, demoqrafik, iqtisadi vә s.) aradan qaldırmaq üçün insan tәrәfindәn görülәn tәdbir olmuşdur. Azәrb.-da Ə.-in tarixi çox qәdimdir vә tәqr. Daş dövrünün ortalarından başlayır. O vaxtlar insanlar torpağı әn sadә әmәk alәtlәri vә primitiv üsullarla becәrirdilәr. Neolit dövründә әhali köçәri hәyat tәrzindәn oturaq hәyat tәrzinә keçmiş vә Ə.-lә mәşğul olmağa başlamışdır. Kültәpә, Mingәçevir, Şomutәpә, Töyrәtәpә vә Babadәrviş yaşayış mәskәnlәrindә Ə.-in inkişafını göstәrәn çoxlu әmәk alәti – sümük vә ağac dәstәkli daş oraqlar, toxalar, dәnәzәn, dәnüyüdәn daşlar, hәmçinin bitki qalıqları tapılmışdır. Alimlәrin apardıqları arxeoloji qazıntılar sübut edir ki, tәqr. e.ә. 3-cü minillikdә Azәrb.-da bütün işlәrin әllә görüldüyü toxa (kәtmәn) Ə.-yi inkişaf etmişdi. Hәmin dövrlәrdә buğda, arpa vә az miqdarda darı becәrilirdi. Tunc dövründә (e.ә. 4–3-cü minillikdә) tәdricәn toxa Ə.-yi xış (cüt) Ə.-yi ilә әvәz edildi. E.ә. 2-ci minilliyin sonları vә 1-ci minilliyin әvvәllәrindә Azәrb.-da dәmirin geniş istehsalı vә süni suvarma arxlarının çәkilmәsi nәticәsindә Ə.-lә daha geniş әrazilәrdә mәşğul olunmağa başlanıldı. Sonralar orta әsrlәrdә Ə. bir qәdәr dә tәkmillәşdirildi; xışla (cüt) yanaşı, kotandan da istifadә olunurdu. Bu dövrdә ilk dәfә texniki bitkilәr (boyaqkökü, kәtan, kәndir, xüsusilә zәfәran vә pambıq) becәrilirdi. 19 әsrin 1-ci yarısında Şirvan, Qarabağ, Şәki, Qazax bölgәlәrindә Ə. intensiv inkişaf mәrhәlәsindә idi. 19 әsrin ikinci yarısında Ə.-dә taxılçılıq әsas yer tuturdu. 20 әsrin 1-ci yarısında k-z vә s-zlar yaradıldı, k.t.-nda texnikanın tәtbiqi ilә әlaqәdar әkin sahәlәrinin strukturu dәyişdi, mәhsuldarlıq artmağa başladı. Azәrb.-da Ə. 1970-ci illәrin sonundan xüsusilә sürәtlә inkişaf etmişdir. Torpağın münbitliyini artırmaq yolu ilә k.t. bitkilәrinin mәhsuldarlığının yük sәldilmәsi, istehsalda qabaqcıl texnologiyanın tәtbiqi, mineral vә üzvi gübrәlәrdәn sәmәrәli istifadә, torpaqların meliorasiyasının genişlәndirmәsi, eroziyaya qarşı tәdbirlәrin görülmәsi, toxum çuluğun yaxşılaşdırilması, daha mәhsuldar sortların әkmәsi, bitkilәrin xәstәliklәrdәn vә zәrәr vericilәrdәn qorunmasına dair tәdbirlәr sisteminin hәyata keçirmәsi, mәhsul itkisinin aradan qaldırilması, әkin sahәlәrinin strukturunun yaxşılaşdırılması, növbәli әkindәn düz gün istifadә vә s. sayәsindә 80-ci illәrdә k.t.  mәhsulları istehsalının ortaillik hәcmi әvvәlkiillәrlә müqayisәdә 18–21% ar tdı. Azәrb. müstәqillik әldә etdikdәn (1991) sonra ilk dövrlәrә k.t.-nda müәyyәn tәnәzzül olsa da, tezliklә aqrar bölmә ölkә iqtisadiyyatının strateji sahәsi elan edildi, radikal tәdbirlәr görülmәyә başlandı. “2008–2015-ci il lәrdә Azәrbaycan Respublikasında әhalinin әrzaq mәhsulları ilә etibarlı tәminatına dair Dövlәt Proqramı”nda tәsbit edilәn tәd birlәr planına әsasәn bitkiçilik vә heyvandarlıq sahәlәrinin inkişaf etdirilmәsi, torpaq vә sudan istifadәnin sәmәrәliliyinin artırılması vә s. nәzәrdә tutulmuşdu. Bu proqramın hәyata keçirilmәsi nәticәsindә ölkәnin müxtәlif bölgәlәrindә fermer tәsәrrüfatları, bitkiçilik vә heyvandarlıq sahәlәri intensiv inkişaf etdi. K.t.-nın, o cümlәdәn Ə.-in inkişafına müsbәt tәsir göstәrәn bir sıra digәr qanunlar da qәbul edilmişdir. Dünyada әkin yerlәrinin sahәsi 1713,5 mln. ha tәşkil edir (2011; FAO). Onun çox hissәsi ABŞ – 168,1 mln. ha, Hindistan –
    189,1, Çin – 123,8, Rusiya – 126,5, Braziliya – 80,0, Avstraliya – 47,9, Kanada – 51,9, Ukrayna – 34,7, Nigeriya – 41,2, Argentinanın – 39,7 payına düşür. Dünyada adam başına düşәn әkin sahәsi orta hesabla 0,22 ha tәşkil edir; Avstraliya (2,41), Qaza -
    xıstan (1,46), Kanada (1,45), Nigeriya (1,21), Rusiya (0,86), Argentina (0,73), Ukrayna (0,67), ABŞ (0,59), Belarus (0,59) vә Sudan (0,51) yüksәk göstәriciyә malikdir. Azәrb. Resp. әrazisinin 4772,9 min ha (55%-i) k.t.-na yararlıdır. Onun 2532,9 min ha (181,6 min ha işğal altındadır) әkin yeridir (2016). Adambaşına düşәn әkin sahәsi 0,252 ha (2016) tәşkil edir. Bir çox bitkilәrin (pambıq, tütün, qarğıdalı vә s.) әkin sahәlәrinin genişlәndirilmәsi vә mәhsuldarlığın yüksәldilmәsi resp. Ə.-inin başlıca vә zifәsidir. Ə.-in inkişafı ilk növbәdә uğurlu seleksiya vә toxumçuluq tәdbirlәri ilә bağlıdır. Əhalinin әrzaq mәhsullarına artan tәlәbatını nәzәrә alaraq, yeni mәhsuldar bitki sortlarının yaradılması vә onların geniş sahәlәrdә әkilib becәrilmәsi üçün elmi tәdqiqat in-tlarında vә tәcrübә st.-larında müvafiq işlәr aparılması zәruri hәyat tәlәbatıdır. 2) K.t. torpaqlarının sәmәrәli istifadәsi, yüksәk vә stabil k.t. mәhsullarının alınmsı üsullarını öyrәnәn aqronomiya bölmәsi. Ümumi Ə.-yә (bilavasitә Ə.; k.t. bitkilәrinin becәrilmәsinin vә torpağın münbitliyinin yüksәldilmәsinin ümumi, yaxud baza üsullarını, mәhsulun azalmasına sәbәb olan mәnfi amillәrin aradan qaldırılması metodlarını vә s. öyrәnir) vә x ü s u s i Ə.-yә (bitkiçilik; ayrı-ayrı k.t. bitkilәrinin becәrilmәsi texnologiyalarını işlәyib hazırlayır) ayrıılr.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç