EMERGENSLӘR (lat. emergens, emergentis – çıxan) – bitkilәrin gövdә vә yarpaqlarının sәthindә yaranan törәmәlәr (çıxıntılar). Tüklәrdәn fәrqli olaraq, E.-in әmәlә gәlmәsindә epidermisdәn әlavә, daha dәrindә yerlәşәn toxumalar da (gicitkәnin dalayıcı, maya sarmaşığının ilişkәn tüklәri, qızılgülün tikanları, şehçiçәyinin yarpaqlarındakı vәziciklәr vә s.) iştirak edir.