Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏKİNÇİLİK İNSTİTUTU

    ƏKİNÇİLİK İNSTİTUTU, A z ә r b a y c a n  E l m i  T ә d q i q a t  Ə k i n ç i l i k  İ n s t i t u t u – Kәnd Tәsәrrüfatı Nazirliyinin tabeliyindә olan (1956 ildәn) elmi tәdqiqat müәssisәsi. 1950 ildә Azәrb. SSR EA-nın tәrkibindә tәşkil edilmişdir. Ayrıayrı illәrdә İn-tun müvafiq şöbәlәr әsasında Genetika vә Seleksiya bölmәsi (1956), Tәrәvәzçilik İn-tu (1965) vә fәaliyyәti dayandırılmış Yemçilik, Çәmәnçilik vә Otlaqlar İn-tu (1969) yaradılmışdır. 2015 ildәn Azәrb. ET Əkinçilik İn-tu vә Azәrb. ET Yemçilik, Çәmәnçilik vә Otlaqlar İn-tu bazasında yenidәn tәşkil olunmuşdur. Ə.İ.-nda 4 şöbә, 5 laboratoriya vә 1 kafedra, 4 bölgә tәcrübә st., 2 dayaq mәntәqәsi, 1 tәcrübә-sınaq st., 2 yardımçı tәcrübә tәsәrrüfatı fәaliyyәt göstәrir. Tәdqiqatları dәnli, dәnli-paxlalı, yem vә tütün bitkilәri genofondunun öyrәnilmәsi, bitkilәrin abiotik vә biotik stress amillәrә davamlılığının artırılması, mәhsuldarlığının vә keyfiyyәtinin yüksәldilmәsi, otlaq vә biçәnәklәrin yaxşılaşdırılması vә effektiv istifadәsi, yemlәrin hazırlanması vә zo o t e x n i k i qiymәtlәndirilmәsi, torpaq vә su ehtiyatlarından sәmәrәli istifadә ilә bağlıdır; bәrk vә yumşaq buğda, arpa, qarğıdalı vә s. dәnli bitkilәrlәrin becәrilmәsi texnologiyaları, әkin dövriyyәsi, gübrәlәmә sistemi işlәnib hazırlanır. İn-tda fundamental tәdqiqatlar aparılır; “İdeal” buğda modelinin testlәri hazırlanmışdır. Çörәkbişirmәdә yüksәk keyfiyyәt markeri sayılan qliadinin blok komponentlәri müәyyәnlәşdirilmiş, bu markerlәrin daşıyıcısı olan yumşaq buğda sortlarının tәsnifatı verilmişdir. Azәrb.-da bölgәlәr üzrә yayılmış sarı paspatogeninin ilk dәfә populyasiya tәrkibi öyrәnilmiş, ona qarşı effektiv genlәr vә donorlar müәyyәnlәşdirilmişdir; İn-tun bölgәlәrdәki tәcrübә tәsәrrüfatları toxumçuluq sahәsindә fәaliyyәt göstәrir (dövlәt toxumçuluq tәsәrrüfatları üçün). Yeni sortların alınmasında tәdqiqatlar aparılır; dәnli, dәnli-paxlalı, yem vә tütün bitkisinin 82 sortu r-nlaşdırılmış, Dövlәt reyestrinә daxil edilmiş vә patentlәş dirilmişdir. İn-tun mandatına vә Dövlәt reyestrinә daxil olan sortların 65%-ә qәdәrinin patent sahibi Ə.İ.-dur. İxtira vә sәmәrәlәşdirici tәdbirlәrә görә in-t 21 müәlliflik şәhadәtnamәsi vә 9 vәsiqә almışdır. İn-tun elmi әnәnәlәrinin formalaşmasında akad.-lәr C.Ə.Əliyev vә M.H.Abutalıbov, AMEA-nın m. üzvlәri İ.S.Sәfәrov vә K.Ə.Əlәkbәrov, Rusiya EA-nın m.üzvü V.N.Qromaçevski, S.F.Hüseynov, Z.R. Mövsümov, Ə.C.Musayev vә b. alimlәrin böyük xidmәti olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç