EMERSON Kit Noel (ing. Keith Noel Emerson; 2.11.1944, İngiltәrә, Qәrbi Yorkşir, Fodmorden ş.) – ingilis klavişli alәtlәr ifaçısı, bәstәkar. Uşaqlıqda fp. üzrә musiqi tәhsili almışdır. Onun yaradıcılığına F. Uoller, O. Piterson, D. Brubek, C. Makdaff, C. Petton kimi caz musiqiçilәrinin vә İ.S. Bax, D. Şostakoviç, P. Çaykovski, M. Musorqski kimi klassik bәstәkarların, daha sonra blüz vә rok ifaçılarının tәsiri olmuşdur. Londona gәldikdәn sonra E. әvvәl V.İ.P’s” qrupuna, 1965 ildә “Yary Farr and the T. Bones” heyәtinә qoşulur. “The Vip’s” qrupuna rәhbәrlik edir. 1967 ildә ifasında klassik, blüz, caz vә rok elementlәrini birlәşdirәn “The Nice” qrupunu yaradaraq, onunla bir neçә albom buraxmışdır; 1970 ildә K. Palmer vә Q. Laykla birgә “Emerson, Lake & Palmer”i (ELP) yaratmışdır. ELP 1970–77 illәr arasında “E, L&P”, “Tarkus”, “Trilogy”, “Welcome Back My Friends To The show That Never Ends” vә “Works Vol. 1” daxil olmaqla 6 platin albom buraxmışdır. Sonra ELP daha iki (“Works Vol. 2” vә “Love Beach”) albom buraxmış vә 1979 ildә qrup üzvlәri ayrılmışlar. 2008 ildә musiqiçi M. Bonillә birgә ilk solo albom yazdırmışdır.